1975-ci ildə Bakıda doğulub. 24 yaşında Alim Qasımovdan dəvət almış və peşəkar fəaliyyətə qədəm qoymuşdur. Misirli Əhmədin darbuka alətində ifasından ilham alaraq nağarada yeni quruluşda ritmlər bəstələmək qərarına gəlmişdir. 2001-ci ildə “Natiq Ritm Qrupu”nu yaratmışdır. Bu qrupu ilə birlikdə 2008-ci ildə “Ritm varsa, Həyat var” və 2009-cu ildə “Natiq Ritm Şou” adlı son iki konsertini vermişdir.
Professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü. 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. Azərbaycanda və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində müstəsna rolu var. İnformatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəb yaratmış, süni intellekt, qeyri-səlis məntiqə həsr olunmuş 70-ə yaxın kitabın 350-dən çox elmi məqalənin müəllifidir.
1982-ci ildə Təbrizdə doğulub. Ali təhsilini Təbrizin Azad Universitetində İT mühəndisliyi ixtisası üzrə alıb. 2004-cü ildən əsasən təbiət mənzərələrini əks etdirən peşəkar foto ilə məşğuldur. Flickr.com saytında hazırda 500-dən çox üzvü və 4000-dən çox fotonun cəmləşdiyi “Azerbaijan” qrupunun adminidir. Əsərləri İran və xaricdə təşkil olunmuş müxtəlif sərgilərdə nümayiş etdirilmişdir.
Siyavuş Dadaş
1965-ci ildə Politexnik Universitetini memarlıq ixtisası üzrə bitirmişdir. 1975-77-ci illərdə Moskvada təhsilini davam etdirmiş və namizədlik işini müdafiə etmişdir. 1984-88-ci illər ərzində Xudu Məmmədovla birgə müxtəlif mövzularda seminarlar aparmışdır. 2006-cı ildə “Türk miniatürünün formal təsviri dili nəzəriyyəsi” kitabı çapdan çıxmışdır. Memarlıq, xalçaçılıq və miniatürdə forma yaranışı əsasları ürzə araşdırma ilə məşğuldur.
Neal Newhof
ABŞ-ın Miçiqan ştatının Grand Rapids şəhərində doğulub. Qərbi Miçiqan Universitetinin Mexanika-mühəndislik fakültəsini bitirmiş və sonrakı illər Ohayoda mühəndislik etmişdir. 2005-ci ildən Bakıda ingilis dilini tədris edir. Evlidir, 4 uşaq atasıdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika kafedrasının dosenti. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda Elmi Şuranın qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Onlarla elmi məqalə, monoqrafiya, dərs vəsaitinin müəllifidir.
Elmlər doktoru, professor. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1982-ci ildə namizədlik, 1997-ci ildə idrak nəzəriyyəsi və sosial fəlsəfə ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə edib. Əsas tədqiqat sahələri – sistem yanaşma və bütövlük nəzəriyyəsi, mürəkkəb sistemlər və sinergetika, idarəetmə fəlsəfəsi, vətəndaş cəmiyyəti, hüquqi dövlət və demokratiya problemləri, milli ideologiya və milli elita məsələləri, postneoklassik epistemologiya, elmin metodologiyası, milli maraqlar və qloballaşma, insan haqları və ictimai rəy problemləri.
1960-cı ildə Ordubadda doğulub. 1984-cü ildə Dövlət İncəsənət Universitetini bitirib. Dövlət Akademik Opera və Balet Teatrında aktyor kimi fəaliyyət göstərir. Dövlət Radio və Televiziyasında çalışır. 2000-ci ildən "Savalan" mistik musiqi qrupunun rəhbəridir. Qrup bir neçə dəfə Türkiyədə keçirilən Mövlanə törənlərində çıxış etmis, 2007-ci ildə Pakistanda keçirilən Dünya Mistik Sufi festivalında mükafata layiq görülmüşdür.
1946-cı ildə SSRİ-nin İran İslam Respublikasının Təbriz şəhərindəki səfirliyində anadan olmuşdur. Bakı Rabitə Texnikumu, Odessa Dəniz Mühəndisləri Institutda təhsil almışdır. Əmək fəaliyyətinə montyor kimi başlamışdır. Texnik, mühəndis, baş mühəndis, idarə rəisi vəzifələrində çalışmışdır. 1992-97-ci illərdə ölkənin Rabitə naziri olmuşdur. Rabitə sahəsinə aid 4 ixtiranın 50 səmərələşdirici təklifin müəllifidir. Fəlsəfi elmlər doktoru, professordur.
1965-ci ildə Politexnik Universitetini memarlıq ixtisası üzrə bitirmişdir. 1975-77-ci illərdə Moskvada təhsilini davam etdirmiş və namizədlik işini müdafiə etmişdir. 1984-88-ci illər ərzində Xudu Məmmədovla birgə müxtəlif mövzularda seminarlar aparmışdır. 2006-cı ildə "Türk miniatürünün formal təsviri dili nəzəriyyəsi" kitabı çapdan çıxmışdır. Memarlıq, xalçaçılıq və miniatürdə forma yaranışı əsasları ürzə araşdırma ilə məşğuldur.
Fizika-riyaziyyat elmləri doktoru, professor. 1957-1961 illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almışdır. 1976-1993 illərdə AMEA-nın Radiasiya tədqiqatları bölümündə laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1993-2000 illərdə Türkiyənin Ankara şəhərinin Özel Yavuz Sultan Fen Lisesində, 2000-2007-ci illərdə isə Gaziantep Üniversitesində riyaziyyat kafedrasında müəllimlik etmişdir. 1995-ci ildən sehirli kvadratların və kubların alqoritmi və onların tətbiq sahələri ələ məşğuldur. "The Natural Code of Numbered Magic Squares" adlı kitabın müəllifidir.
Ədəbiyyatşünas, ədəbiyyat tarixçisi, tənqidçi və publisist. Filoloji elmlər doktoru. 1960-cı ildə Bakıda doğulmuşdur. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsində; 1985-1989-cu illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış; 1992-1995-ci illərdə AMEA-nın doktoranturasını bitirmişdir. Mətbuatda ədəbi-tənqidi və publisist yazıları ilə 1981-ci ildən çıxış etməyə başlamış, çağdaş ədəbi-tənqidi prosesin ən fəal fiqurlarından biri kimi tanınmışdır. 8 kitab müəllifidir.
1939-cu ildə Gəncədə doğulub. Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib. Jurnalist və tənqidçi kimi kino səhəsində fəaliyyət göstərmişdir. Axırıncı 10 ili publisist, itisadi ekspert kimi fəaliyyət göstərmişdir. "Turan" İnformasiya Agentliyində informasiya mütəxəssisi kimi işləyir. Müsavatın Baş naziri Nəsib bəy Usubbəylinin bacı nəvəsi, ADR-in naziri Xəlil bəy Xasməmmədovun qardaşı nəvəsidir.