Bakı
x = independently organized TED event

Theme: Yaddaş

This event occurred on
April 18, 2015
Baku, Bakı
Azerbaijan

TEDTalks videos and live speakers will combine to spark deep discussions of global issues. Our main goal is to organize an inspiring event that showcases innovative, multi-disciplinary solutions to complex issues in a manner that is accessible to the global public.

Mugham Centre
Neftchilar ave 9
Baku, Bakı
Azerbaijan
See more ­T­E­Dx­Bakı events

Speakers

Speakers may not be confirmed. Check event website for more information.

adü sad

Aysel Əlizadə

Bakıda anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. Karyerasına teleaparıcı kimi 1998-ci ildə “ABA” telekanalında başlayıb. "Ora" , “Doğulacaq qadın” (şeirlər), “Göy Qurşağı” (esselər), “Erkəklər” (roman), “Təkliyə düzəliş” (şeirlər), “Azad” (akademik Azad Mirzəcanzadə haqqında bioqrafiq kitab). İki kitabı türk dilinə çevirilərək İstanbulda işıq üzü görüb: “Bəyaz kürk” (hekayələr), “Erkəklər” (roman). Oşo “Qadınların kitabı”, Oşo “Kişilərin kitabı”, Aqata Kristi “Qolf meydançasında qətl”, Andrey Platonov “Kotlovan” əsərləri tərcümə edib.

Elman Süleymanov

1992-ci ildə anadan olub. 2000-2011-ci illərdə Bakı İncəsənət litseyində təhsil alıb. 2005-2006-cı illərdə Bakı 38 nömrəli Müsiqi Məktəbində pianino öyrənib. 2011-2015-cı illərdə Qərb Universitetində politologiya ixtisasına yiyələnib. Bakı 1-ci Avropa Oyunları Departamentində könüllülərlə çalışan departamentində interviuver çalışır. Uşaq yaşda gözlərini itirib.

Əvəz Zeynallı

1970-ci ilin yanvarın 1-də Göyçə mahalının Ağbulaq kəndində (Ermənistan SSR Krasnoselski rayonu) anadan olub. 1991-ci ildə Türkiyənin Ankara Universitetinin hüquq fakültəsinə daxil olub. 1999-cu ildə Azərbaycana qayıdıb, müxtəlif qəzetlərdə çalışıb. "Günaydın", "P.S.", "Millətin səsi" qəzetlərinin yazarı, “Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb və bu qəzetin baş redaktoru işləyib. 2011-ci il oktyabrın 28-də həbs olunub. 2014-cü il dekabr ayının 30-da əfv sərəncamı ilə azadlığa buraxılıb.

fsd asf

Günel Kərimova

hjh jkjhkjh

İmran Bağırov

Azercell Strateji Partnorluq və Müştəri Kanalları departament rəhbəri. Bakı Dövlət Universiteti, Tətbiqi Riyaziyyat və İqtisadi kibernetika fakultəsindən 2004 cü ildə məzun olub. İnformasiya texnologiyaları, İnvestisiya Bankçılığı, Marketinq və Strategiya istiqamətləri üzrə biləvasitə fəaliyyət təcrübəsinə sahibdir. İsvec, Türkiyə və Nepal ölkələrində orta və uzunmüddətli dövr ərzində çalışmışdır, 10-a qədər beynəlxalq olmaqla 150 dən çox müxtəlif ölçülü layihələrin idarəetməsini həyata keçirmişdir.

Murad Aslan

1996-cı il aprelin10-da Şəkidə anadan olub. 2013-cü ildən Azərbaycan Tibb Universitetirnin müalicə profilaktika fakültəsində təhsil alır. Universitetin debat klubunun üzvüdür. Bədii fotoqrafiya ve fotobərpa üzrə ustad dərsləri layihəsinin iştirakçısı olan Murad “zaman” yaddaşımızı hadisələr albomuna oxşadır.

Müşfiq Şükürov

1968-ci il 7 iyun tarixdə Quba rayonunda anadan olub. 1995-2000-ci illərdə BDU-nun fəlsəfə kafedrasında dissertant, 2001-ci ildə BDU-da “Ekoloji problem və mənəvi imperativ” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Fəlsəfə elmləri namizədi, dossent. 1 monoqrafiya və 40-a yaxın elmi-fəlsəfi məqalənin müəllifi. Sumqayıtda yaşayır.

Namiq Ağayev

Namiq Firudin oğlu Ağayev Azərbaycan teatr rejissoru. 1987-1993-cü illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləyib. Bahar oğlu (2004), Rejissor. Ramiz Əsgərov haqqında... (2004), İnterpapa (2006), Qızlar (2007) filmlərinin rejissorudur.

Qara Dərviş

Qara Dərviş musiqi qrupu.

Razi Nurullayev

1992-1997–cı illərdə Azərbaycan Dillər Universitetinin ingilis-fransız dilləri fakultəsi, 2000-2004-cü illərdə hüquq fakultəsi, 2009–uı ildə Kolumbiya Universiteti təhsil alıb. Dünyanın 60-dan çox ölkəsinə səfərlər edib. “REGİON” Beynəlxalq Analitik Mərkəzin İH-nin rəhbəri, QHT Əməkdaşlıq Alyansının İdarə Heyətinin üzvüdür. Azərbaycan, rus, ingilis və fransız dillərini mükəmməl bilir.

Şəbnəm Sadıqova

2004-2008-ci illərdə BDU Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alıb. 2008-2010-cu illərdə maqistr təhsilini bitirib. 2011-ci ildə Türkiyənin Cərrahpaşa tibb fakültəsinin psixiatriya bölümündə staj, 2010-cu ildə Norveçdə seminar keçib. 2011-cu ildə Çex Respublikasında psixiatrik konqredə iştirak edib. 2012-2014-cü illər aralığında Danimarkada Kopenhagen universitetinin Psixologiya bölümündə konqresə qatılmış və eyni universitetdə psixoterapevtik kurs alıb. Həmin il Hollandiyanın Şimali-Amsterdam, Zaandam və Maastricht şəhərlərində bir çox kurs və seminarlarda iştirak edib.

Şəlalə Məmmədova

1990-cı ildə Moskva Dövlət Universitetinin tarix fakültəsini, 1993-cü ildə Bakı Dövlət Universitetinin doktoranturasını bitirb. 1996-cı ildə İngiltərə Notinqam Trent Universitetinin “İdarəçilik və xalqla münasibətlər” diplomunu alıb. Tədqiqat sahəsi “regional toqquşmalar”, “tənqidi fikirlər”, “qaynaq araşdırmaları” və “Amerika araşdırmaları” olan Ş.Məmmədova çox sayda məqalə və tədqiqatların müəllifidir.

Zaur Məmmədov

1976-cı ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun “Politologiya” fakültəsini bitirib. 2004-cü ildən etibarən reklam sahəsində çalışır. “Welcome” və “Maxmedia” agentliyinin mətn yazarı olub. 2011-ci ildən Maxmedia agentliyinin icraçı direktorudur.

Organizing team

Orkhan
Gasimov

Bakı, Azerbaijan
Organizer

Idris
Heyderli

Bakı, Azerbaijan
Co-organizer
  • Ruslan Hamidov
    Coordinator
  • Asif Isayev
    Team member